• 3
    --- alıntı ---

    “amrahbank”dan futbol azarkeşləri üçün yeni layihə

    “galatasaray” və “neftçi” futbol klubları ilə partnyorluq əlaqələrinə başlayan “amrahbank” futbol azarkeşlərini sevindirən “fankart” adlı yeni bir layihə təqdim edir.

    layihə xüsusi olaraq plastik kart istifadəçiləri üçün nəzərdə tutulmuşdur.

    kartlar 3 növdə təklif edilir - mastercard standard neftçi, mastercard sandard galatasaray, mastercard gold galatasaray.

    bu plastik kartlar “amrahbank”ın partnyorluq etdiyi milli “neftçi” və türkiyənin məşhur “galatasaray” futbol klublarının korporativ qaydalarından istifadə edilərək nəfis bir dizaynla hazırlanmışdır.

    kart hesabı qalığına 6% illik gəlirin hesablanması, kart sahibləri arasında futbol klublarının oyunlarına uduşların keçirilməsi, “gs store” mağazalarında endirimlər ( mastercard standard galatasaray sahibləri üçün 10%, mastercard gold galatasaray sahibləri üçün 20% ),

    galatasaray bakı futbol məktəbində mastercard gold galatasaray kartının sahibləri üçün 20% endirim, onlayn ödənişlər, ticarət obyektlərində və kommunal ödəmə nöqtələrində nağdsız ödənişlər, bankomatlardan nağd vəsaitin əldə olunması, sms xəbərdarlıq, internet bank, card-to-card, mobilbank xidmətləri “fankart”ların üstünlüklərindəndir.

    bundan başqa amrahbank tərəfindən yaxın gələcəkdə “fankart” sahibləri üçün müxtəlif aksiyaların keçirilməsi, bonusların tətbiqi də nəzərdə tutulmuşdur.
    “fankart” sahibi olmaq istəyənlər “amrahbank”ın istənilən filialına müraciət edə bilərlər.

    gəlin “amrahbank”la birlikdə azarkeşlik edək!

    amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

    bəhreyn krallığında fəaliyyət göstərən beynəlxalq investisiya bankı 2008-ci ildən “amrahbank”ın strateji səhmdarıdır.

    hal-hazırda bankın 22 filiali və 1 şöbəsi fəaliyyət göstərir. bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın sumqayıt, lənkəran, tovuz, şəmkir, biləsuvar, bərdə, gəncə, masallı kimi regionlarını əhatə edir.

    --- alıntı ---

    http://www.amrahbank.com/...hp?menu=2&pr=120

    https://pbs.twimg.com/media/Bu-ub7sCEAEbw9e.jpg
App Store'dan indirin Google Play'den alın